Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü - FOTOLAR

Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü -

Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.

APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.

Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var:

“Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb”.

İ.Bağırova yaşadıqları evə də mərmi düşdüyünü deyib:

“Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu dövlətə, bu orduya qurbandır”.

Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.

Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü -
Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü -
Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü -
Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...