Cəlal Arutyunyanın ölümü gizlədilir - Erməni deputatdan etiraf

Cəlal Arutyunyanın ölümü gizlədilir -

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Gevorq Petrosyan Qarabağdakı separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyanın ölümü ilə bağlı məlumatların gizlədildiyini etiraf edib.
Azvision.az -ın verdiyi xəbərə görə, erməni deputat “Facebook” səhifəsində yazıb ki, rəsmi məlumata əsasən, guya Cəlal Arutyunyanın xəsarəti ciddi deyil və onun həyatı təhlükəsi yoxdur:

Gevorq Petrosyan haqlı olaraq sual ünvanlayıb: “Ancaq bu belədirsə, niyə dərhal tutduğu vəzifədən kənarlaşdırıldı? Məlumatda nəsə düzgün deyil, həqiqət gizlədilir, əhali yenə də gerçəklikdən təcrid olunur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyan məhv edilib. Bunu təsdiq edən videogörüntülər yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...