Rusiya qoşunlarının sürətlə Qarabağa yedirilməsi davam edir - ONUNCU İL-76 HAVAYA QALXDI...

Rusiya qoşunlarının sürətlə Qarabağa yedirilməsi davam edir -
Rusiya Müdafiə Nazirliyi sülhməramlı qüvvələri Dağlıq Qarabağa daşıyan sayca onuncu İl-76 hərbi nəqliyyat təyyarəsinin Ulyanovsk aerodrumundan qalxdığını açıqlayıb. “Rusiya HHQ-nin hərbi-nəqliyyat aviasiyasının onuncu İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxdı. Təyyarənin göyərtəsində sülhməramlı birləşmənin şəxsi heyəti, maddi-texniki vasitələr və zirehli transportyorlar var”,-açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya özünün sülhməramlı qüvvələrini üçtərəfli Sazişin imzalanmasından dərhal sonra sürətlə Dağlıq Qarabağa yeritməyə başlayıb. Hələlik rus qüvvələrini daşıyan təyyarələrin hansı aerodroma endiyi, eləcə də onların Qarabağa hansı istiqamətdən daxil olduğu haqda məlumat yoxdur.


***

Rusiya Müdafiə Nazirliyi bu gün Bakı vaxtı ilə saat 8.00-dan etibarən sülhməramlı qüvvələrin Qarabağa yeridilməsinə başlayıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda yerləşdiriləcək.

“Rusiya sülhməramlı qüvvələrinin regiona göndərilməsi əməliyyatı İl-76 nəqliyyat təyyarələrinin də cəlb edilməsi ilə kombinə edilmiş şəkildə həyata keçiriləcək”,-Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhəri rayonunda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.

Virtualaz.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...