Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

19 nəfər avstraliyalı hərbçi əsir və silahsız olduqları halda öldürülən 39 əfqanıstanlıya görə mühakimə olunacaq.

“İnterfax” agentliyi xəbər verir ki, istintaq Avstraliya xüsusi təyinatlı zabitlərin Əfqanıstandakı 2005-2016-cı illərdəki fəaliyyətini araşdırır.

Avstraliyalı general Anqus Kempbell bu qətllərin hamısının döyüş sahəsindən kənarda edildiyi barədə etibarlı məlumatlara sahib olduqlarını söyləyib.

“Bu, hərbi davranış və peşə dəyərlərinin ən ciddi şəkildə pozulmasına dəlalət edir”, - deyə yüksək rütbəli hərbçi hadisəyə münasibət bildirərkən qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...