Gözlərini Vətən yolunda itirən qazimiz doğulduğu rayona qayıtdı - VİDEO

Gözlərini Vətən yolunda itirən qazimiz doğulduğu rayona qayıtdı -
Cəlilabad rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək hər iki gözünü itirən qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Hüseynov İsmayıl Məhəmməd oğlu qazi kimi doğulduğu Cəlilabad rayonuna qayıdıb.

Cəlilabad Şəhidlər Xiyabanının önündə keçirilən qarşılanma mərasimində rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb.

Qeyd olunub ki, Azərbaycan Əsgərinin yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələnib.

Daha sonra şəhidlərimiz yad edilib, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...