Laçının 28 illik əsarətdən qurtulan abidələri - FOTOLAR

Laçının 28 illik əsarətdən qurtulan abidələri -

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Beləliklə, Laçın rayonu 28 ildən sonra erməni işğalından azad edilib.

Laçın tarixi keçmişi zəngin olan ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

İşğaldan əvvəl Laçın ərazisində toxuculuq sənəti inkişaf edib. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olub. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.


Laçın rayonu. Minkənd çayı üzərində ikitağlı körpü. XV əsr

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılıb. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir.

Azvision.az Laçın rayonundakı tarixi-mədəni abidələri təqdim edir:


V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi (İNV № 310) Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.


Dəmirovlu pir məbədi - Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədidir. Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilib. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olub. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib.


Varazqun məbədi — Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədidir. Məbəd II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib. Məbədin günbəzi və cənub divarı dağılıb.


Həmzə Sultan sarayı Laçın rayonunun Hüsülü kəndinin ərazisində yerləşir.

Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.


Laçın rayonunun Cicimli kəndi yaxınlığında iki türbə yanaşı ucalır. Onlardan biri XII–XIII əsrlərdə tikildiyi ehtimal edilən — Məlik Əjdər türbəsidir. El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi isə XVII əsrdə inşa edildiyi ehtimal olunur.


Qala Mirik kəndin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında dağın zirvəsində yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsədə, qalanın inşaasında siklop memarlığından istifadə edilmnəsi, qalanın inşaasını tariximizin çox qədim dövrlərinə aparıb çıxarır. Qalanın uzunluğu 200 – 250 metr, eni isə 30 – 50 metrdir.


Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib.


Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlayıb. Muzeyin ümumi sahəsi 1200 m2-dir. Muzeyin fondu 10 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib, burada müxtəlif əsrlərdə hazırlanmış qədim tarixə malik bədii daş nümunələri, at və qoç fiqurları, sujetli oymalar, kənd təsərrüfatı alətləri və bir çox məişət əşyaları nümayiş etdirilib.

1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib. Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb.

Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -
Laçının 28 illik əsarətdən qurtulan abidələri -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
67 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...