Ağdamda su hövzəsindən qadın meyiti tapıldı

Ağdamda su hövzəsindən qadın meyiti tapıldı

Ağdamda su hövzəsində qadın meyiti aşkarlanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam rayonunun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilmiş bir nəfərin meyitinin çıxarılmasına kömək göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...