Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb


COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən Gundeminfo.az-a daxil olan məlumata əsasən dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikaərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...