Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli cərimələnəcək?

Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli cərimələnəcək?
Sərtləşdirilmiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günü keçirən 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın şad günündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edib.

Yayımlanan videolardan aydın görünür ki, müğənni sözügedən tədbirdə qonaqlar üçün mahnılar səsləndirib.

Daxili İşlər Nazirliyi tərəfindən N.Məmmədovanın qanun pozuntusu ilə bağlı protokol tərtib edildiyi açıqlansa da, M.İsgəndərli barəsində hər hansı məlumat verilmədi.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “BakuPost”a açıqlamasında bildirdi ki, hazırda ad gününün sözügedən hissəsi barədə rəsmi heç bir məlumat yoxdur:

“Nailə Məmmədova başda olmaqla, məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması – red.) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir”.

M.İsgəndərli ilə əlaqə saxlamağa çalışsaq da, telefon nömrələrinə zəng çatmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...