Azərbaycan Ordusunun şəhid olmuş zabiti Qubada dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş zabiti Qubada dəfn edilib
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Mikayılov Rahim Qalib oğlunun nəşi Quba rayonuna gətirilib. Şəhid doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...