Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı

Lənkəranda 29 yaşlı gəncin meyiti su quyusunda tapıldı

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, rayonun Günəhir kənd sakini, 1992-ci il təvəllüdlü Fətullayev Faiq Mirağa oğlunun cansız bədəni həyətlərindəki su quyusunda aşkar edilib.

Ailə üzvləri bildirib ki, F.Fətullayev dünən axşam evə gəlməyib və onun Bakıya getdiyi güman olunub.

Lakin bu gün onun meyiti həyətlərindəki su quyusunda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...