"Meqa-Siti Holdinq”in payçılarının məhkəməsi başlayır

"Meqa-Siti Holdinq”in payçılarının məhkəməsi başlayır

"Meqa-Siti Holdinq” MMC-nin rüşvət və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri barəsində ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun təqsirləndirildiyi iş üzrə 60-dan çox zərərçəkmiş var.

Qeyd edək ki, çoxmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan "Meqa-Siti Holdinq”in payçıları Aqil Qədirov və Elnur Məmmədov iki il əvvəl 1 milyonluq dələduzluqda ittiham edilərək məhkum ediliblər. Onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...