Bakıda 28 min manatlıq oğurluq

Bakıda 28 min manatlıq oğurluq

Bakıda oğurluq hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunda, Bakı - Salyan şosesinin 25-ci kilometrliyində yerləşən “CİDC Baku MMC” də qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər şirkətdən 155 ədəd işıq plafonu, 200 ədəd projektor lampası və 16 ədəd müşahidə kamerası oğurlayıblar.

Oğurlanan malların ümumi dəyərinin 28 min manat olduğu bildirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...