Azərbaycanda qanunsuz ov edən ərəblər 10 min manatdan çox cərimələnib

Azərbaycanda qanunsuz ov edən ərəblər 10 min manatdan çox cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

"Report" xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...