Məhkəmə İsmayıl Vəliyevlə bağlı yeni qərar verdi

Məhkəmə İsmayıl Vəliyevlə bağlı yeni qərar verdi
Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər ittiham olunan şəxslər barələrindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı qərar elan olunub.

Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 9 il 6 aya endirilib. Digər şəxslərin də cəzası bir neçə ay azaldılıb.

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...