Lənkəran meşələri necə məhv edilir? Regional İdarənin rəisi haqqınd ailginc iddialar

Lənkəran meşələri necə məhv edilir?
Lənkəranda bələdiyyə sədri və qohumlarının meşədən qanunsuz ağac kəsib daşıması iddia edilib.

Ətraf ərazidə yaşayan sakinlər tərəfindən “Qafqazinfo”ya daxil olan məlumata görə, dekabrın 15-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində Lənkəran rayon Köhnəgəgir kənd sakinləri – Lənkəran rayon Gəgiran bələdiyyəsinin sədri İdris Novruzov, onun oğlu Aqil Novruzov, digər oğlu və eyni zamanda meşənin gözətçisi Nizami Novruzov və qardaşı oğlu Vüsal Novruzov qanunsuz kəsilmiş meşə materiallarını daşımağa çalışıblar.

Qeyd edilib ki, İdris Novruzov və Nizami Novruzovun himayəsi ilə qanunsuz kəsilmiş meşə materialını (parket üçün material) daşıyan maşın ərazidən çıxarılarkən polis tərəfindən saxlanılıb. Qanunsuz ağac kəsmədə şübhəli bilinən şəxslər polis bölməsinə gətirilib, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başladılıb:

“Lənkəran Şəhər RPŞ-nin əməkdaşları tərəfindən yük yerində meşə materialı olan Lənkəran rayon sakini Aqil Novruzovun idarə etdiyi QAZ-66 markalı yük maşını rayonun Gəgiran kəndi ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsi yüklə birlikdə şöbənin duracağına gətirilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sözügedən qohumlar bir neçə il öncə də meşədə qadağan olunan ərazidə qanunsuz ağaclar kəsən zaman Lerik Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ilə münaqişə yaşamışdılar. Onlar idarə rəisi və bir neçə əməkdaşa həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, hadisə ilə bağlı cinayət işi başlanmışdı. Sözügedən dəstə üzvləri barələrində həbs qətimkan tədbiri seçilsə də, onlar məhkəmə tərəfindən azadlığa buraxılmışdı.

GUNDEMİNFO.AZ xəbər verir ki, AzToday.az-a daxil olan məlumatlara görə, polis tərəfindən tutulan agaclar Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kəsilib. Daha konkret Qəriblər Meşəbəyliyinin ərazisində. Nizami Novruzov Qəriblər Meşəbəyliyində meşə gözətçisidir. Məlumatlarda iddia olunur ki, bu prosesdə Qəriblər Meşəbəyliyinin meşəbəyisi Tariyel Ağayevlə bərabər Masallı Regional Meşə Təsrrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun da qanunsuz ağac kəsimindən xəbərləri olub…

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abuturab Bağırovun da İdris Novruzov və Nizami Novruzovla əlbir olduğu yayılan məlumatlar sırasındadır.

Başqa bir məlumatda iddia olunur ki, Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Ağaqardaş Qaraşov İdris Novruzov üçün ayrıca dolay ayırıbmış.

Ümumiyyətlə, məlumatlar göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyind kök salmış meşə mafiyası cənub meşələrinintamamilə məhv olunmasında israrlıdır. Belə ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abuturab Bağırov yenidən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə qaytarılır. Mərkəzin direktoru Nəsimi Nəsibov yuxarıdan aldığı tapşırıq əsasında ali təhsili olmayan və şərabçılıq üzrə texnikum təhsili olan Abuturab Bağırova vəzifə vermək istəyir. Lənkəranda işləri “yaxşı” getməyən Abuturab Bağırov Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Həmkarlar Təşkilatının qərarı ilə işdən azad olunub. Əmək Məcəlləsinin 70 -ci maddəsinin c bəndi ilə işdən çıxarılan Abuturab Bağırov qısa müddət sonra Lənrərana transfer olundu. İndi yenidən Masallıya qayıdıb, Mərkəzin “qara işlərinin” başında durmaq istəyir.

Meşəçilik ixtisası olmayan Mərkəzin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayevin Abuturab Bağırovun yenidən Masallıya qaytarmaqda məqsədləri meşələri qorumaq olmadığı da ortadadır…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...