Daha bir icra başçısının fəaliyyəti yoxlanılır – İşdən çıxarıla bilər

Daha bir icra başçısının fəaliyyəti yoxlanılır –
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin fəaliyyəti yoxlanılır.

Qaynarinfo xəbər verir ki, 2011-ci ildən Bərdənin icra başçısı vəzifəsində çalışan Vidadi İsayevdən ciddi narazılıqların olması artıq onun da karyerasının sonunu yaxınlaşdırıb.

Bildirilir ki, yoxlamalar bir müddət əvvəl başlayıb. Bundan başqa, Vidadi İsayevdən edilən şikayətlərlər bağlı da araşdırmalar aparıldığı iddia edilir.

Vidadi İsayev ən çox narazılıq edilən icra başçılarından hesab edilir. Anti-korrupsiya çərçivəsində icra başçılarının həbsi başlayanda onun da adı gündəmə gətirilmişdi. Hətta bir neçə dəfə həbs ediləcəyi barədə məlumatlar da yayılıb.

Qeyd edək ki, 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olan Vidadi İsayev 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olub. Prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...