Gözəl ailəsi Azərbaycandan gedir: “Qarabağ”ın aqibəti necə olacaq?

Gözəl ailəsi Azərbaycandan gedir:
Azərbaycanda monopolist oliqarx-məmurların zərərsizləşdirilməsi prosesi, demək olar ki, yekunlaşır. Heç şübhəsiz, büdcəsi az qala Azərbaycanın büdcəsindən böyük olan belə məmur-oliqarxlar dövlət üçün təhlükə yaradırdılar.

Bu prosesin son mərhələsi isə monopolist şirkətlərin sıradan çıxarılması olacaq.

Belə şirkətlərdən biri də “Azersun Holding” MMC-dir. “Azersun” Azərbaycanın qida sənayesində böyük paya sahibdir. Bu şirkət kənd təsərrüfatının inkişafında əsas maneə kimi görünür.

Belə ki, xeyli istehsal müəssisələri olan “Azersun” lazım olan məhsulu kəndlilərdən almır, özünün uzun müddətə icarəyə götürdüyü ərazilərdə yetişdirir.

Bu da kənd təsərrüfatının inkişafına böyük ziyan vurur. Məhsulunu sata bilməyən kəndli torpağı əkməkdən imtina edir. Beləcə, “Azersun” monopoliya yaratmaqla, həm də süni qiymət artımının təşəbbüskarı olar.

Təbii ki, belə durum dövləti qane edə bilməz. Ona görə də, ölkənin ən böyük monopolist şirkətinin zərərsizləşdirlməsi qaçılmazdır. Amma bu proses elə aparılmalıdır ki, Azərbaycan üçün əlavə problemlər yaranmasın.

Yaxın 2 il ərzində Gözəl ailəsi Azərbaycanı tərk edəcək. Onlar, artıq anlayıblar ki, monopoliyanın ömrü bitib.

Amma “Azersun” tamamilə ləğv edilməyəcək. Onun istehsal sahələri fəaliyyətini davam etdirəcək, amma fərqli sistemdə. Əsas hədəf kənd təsərrüfatının inkişafı olacaq. Məqsəd kəndli fermerlərə daha yaxşı şərait yaratmaqdır. Dövlət hesab edir ki, kəndli əkdiyi məhsulu satmaq üçün bazar problemi yaşamamalıdır. Ona görə də bunun üçün xüsusi plan hazırlanır. Bu planda isə monopolist şirkətlərə yer yoxdur.

Belə olan təqdirdə, sual olunur: “Qarabağ”ın aqibəti necə olacaq?

Əslində “Qarabağ”ın aqibətinə görə narahat olmağa dəyməz. Çünki son 10 ildə bu komanda, demək olar ki, özü özünü dolandırmağı bacarıb.

Amma dövlətin “Qarabağ”la bağlı da planı var. “Atlar” daha sanballı sponsorlarla təmin olunacaq, komandanın büdcəsi artırılacaq. Hakimiyyətin istəyi odur ki, “Qarabağ” daha da inkişaf etsin və Avropada rəqabətə tab gətirəcək komandaya çevrilsin.

Belə planı dəstəkləməmək olmaz: kənd təsərrüfatı xilas olacaq, “Qarabağ” daha da inkişaf edəcəksə…Aut.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...