YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir

YTP məhkəmə qərarını icra etmir -

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə "Tronıq” MMC arasındakı qalmaqalla bağlı yeni məlumatlar əldə etmişik.

Qaynarinfo-ya daxil olan məlumatları təqdim etməzdən öncə xatırladaq ki, "Tronıq” MMC YTP-nin rezident şirkəti olub. YTP-nin direktoru Vasif Abbasov üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə texnoparkı məhkəməyə verib. Şirkətin iddiasında YTP ilə imzalanan müqavilənin şərtlərinə əməl olunmasının təmin edilməsi xahiş olunur.

Əldə etdiyimiz yeni məlumatlara görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə "Tronıq” MMC-nin iddiası təmin edilib. Məhkəmə qərarında bildirilir:

"Ərizəçi "Tronıq” MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin.

İddiaçı "Tronıq” MMC-nin cavabdeh "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə qarşı "müqavilə öhdəliklərinə əməl edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi "Tronıq” MMC ilə maraqlı şəxs "AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında bağlanmış 10.08.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi "Tronıq” MMC-yə icarəyə verilmiş Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsi 221 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi "Tronıq” MMC tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh "AMEA Yüksək Texnologiyalar Parkı” MMC və digərləri tərəfindən maneələrin yaradılması qadağan edilsin. Qərardad dərhal icra edilsin.
Ətraflı

Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər”.

"Tronıq” MMC bu iş üzrə apellyasiya mərhələsindən də qalib çıxıb. İndi qalıb məhkəmə qərarının icrası.

Əldə etdiyimiz məlumata görə, YTP rəhbərliyi məhkəmə qərarının icrasına mane olur. "Tronıq” MMC-nin rəhbərliyi isə qərarın icrasında israrlıdır.

Qeyd edək ki, YTP-nin baş direktoru Vasif Abbasov, "Tronıq” MMC-nin təsisçisi və baş direktoru Anar Nəbiyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...