Zakir Fərəcovdan narazı sahibkarlar PA-ya yollanır

Zakir Fərəcovdan narazı sahibkarlar PA-ya yollanır
Sumqayıt şəhərinin abadlaşdırılması prosesində iştirak ebən bir qrup sahibkar günlərdə Prezident Administrasiyası binasının önünə yürüşə hazırlaşır. Bununla bağlı "Azərbaycan Reallığı"na daxil olan məlumata görə, sahibkarların bu aksiyanı təşkil etməkdə məqsədləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun onları aldatmasına etiraz bildirməkdir.

Məsələ burasındadır ki, Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-ə yaxın fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı illərdir davam edir.

Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər.

Daxil olan müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir. Onu da bildirək ki, Z.Fərəcov və onun qaranlıq işlərinin əsas icraçısı olan A.Xudadatovun qanunsuz əməlləri ilə bağlı mediada indiyə qədər onlarla, bəlkə də yüzlərlə məqalə dərc edilib.

Sahibkarlar bildirir ki,”Biz dəfələrlə Zakir Fərəcova və ölkənin yuxarı instansiyalarına müraciət edərərk öz haqqımızı tələb etməyə cəhd göstəmişik və hər dəfəsində Zakir Fərəcov Adil Xudadatovu qabağa verərək bizi aldatmağa çalışır”.

Sahibkarlar bu süründürməçiliklə bağlı dəfələrlə icra başçısına müraciət edib. Zakir Fərəcov hər dəfə onlara problemin tezliklə həll ediləcəyini desə də, heç bir nəticəsi olmayıb. Sahibkarlar başçının bu cür davranışından bir neçə dəfə Prezident Administrasiyasına, Prezident İlham Əliyevin özünə də yardım üçün müraciət ediblər.

Lakin bunun da xeyiri olmayıb. Bu səbəbdən 66 sahibkar daha kütləvi aksiya təşkil edib problemlərinin həlli üçün konkret addım atılmasını tələb etmək niyyətindədirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...