"Axundov Kitabxanası"nda şübhəli tenderlər: Tender kralı olan QSC kimindir?

"Axundov Kitabxanası"nda şübhəli tenderlər:

Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Vest-LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Kitabxana ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 733 473,08 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir.
QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

"Vest-LTD” QSC əvvəllər Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərib. Sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. QSC-nin əlaqə telefonları və internet saytına da rast gəlinmir.

"Vest-LTD” QSC barəsində yerli mediada dərc olunan materiallarda şirkət tender kralı kimi təqdim edilir.


Araşdırmalrımız zaman məlum olub ki, QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb.
Müqavilələr əsasən Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri, mədəniyyət idarələri və Təhsil Naziriliyinin Təsrrüfat Hesablı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb.

Barəsində heç bir məlumat olmayan, biznes dairələrində tanınmayam, şübhəli bir şirkətin iri məbləğli tenderlərdə hansı meyarla qalib elan edildiyi bəlli deyil.

Yeri gəlmişkən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 2022-ci ildə "Vest-LTD” QSC ilə üç satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 200 815,59 AZN olan birinci müqavilədə cari təmir işlərinin satın alınması, maliyyə dəyəri 104 123,91 AZN təşkil edən ikinci müqavilədə kommunal və kommunikasiya işlərin satın alınması, nəhayət, 520.239,58 manatlıq üçüncü müqavilədə əməkdaşların xidməti istifadəsi üçün lazım olan texniki ləvazimatların satın alınması nəzərdə tutulub.

Beləliklə, aydın olur ki, kitabxana təkcə bir ildə "Vest-LTD” QSC-yə 825 179,58 manatlıq sifariş verib.

Bu şirkət haqqında trirajlanan iddialardan biri də onun Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsus olmasıdır.

Bu şəxs tender kralı kimi təqdim edilir. "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin də ona məxsus olduğu iddia olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...