Nazirlik maaşları ödəmir: “Elə bil Samir Şərifovun şəxsi puludur”

Nazirlik maaşları ödəmir:
Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pulllarını ala bilmir.

Bu barədə teatrın aktroyu, Xalq artisti Ramiz Məlik məlumat verib. O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayb:

“Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo-ya bildirdi ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...