"AZƏRİQAZ"da ŞİŞİRDİLƏN XƏRCLƏR: SOCAR məsələyə müdaxilə etdi

"AZƏRİQAZ"da ŞİŞİRDİLƏN XƏRCLƏR:
"Azəriqaz" İstehsalat Birliyində ezamiyyə xərcləri o qədər şişirdib ki, artıq qurmuun rəhbər şəxsləri dilə gəlib.

Mia.az xəbər verir k, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O bildirib ki, nəticə etibarı ilə "Azəriqaz"ın İqtisadiyyat və Uçot Departamentinin rəisi Marif Nəcəfov Baş direktorun istismar üzrə müavini Cahid Hüseynova rəsmi məktubla müraciət edib.

O, məktubunda birliyin xərclərinə SOCAR tərəfindən ciddi nəzaərt olunduğunu qeyd edərək, bildirib ki, son 7 ayda ezamiyyə xərcləri xeyli artıb.

Departament rəis hətta bir qədər də irəli gedərək yazıb ki, ezamiyyə xərclərinin artması satılmış qazın maya dəyərinə mənfi təsir göstərir.

O, sonda izafi ezamiyyə xərclərinə daha çox vəsait sərf olunan şöbələrin adlarını sadalayaraq, bu xərclərin azaldılması üçün tapşırıq verilməsini xahiş edib.

Məktubda görünür ki, SOCAR rəhbərliyi Ruslan Əliyevin baş direktoru olduğu birliyə qarşı nəzarəti sərtləşdirib.

Bu isə artıq məsul şəxsləri belə "əl-qolları"nı yığmağa məcbur buraxıb.

GUNDEMİNFO.AZ departament rəisi Marif Nəcəfovun Baş direktorun müavini Cahid Hüseynova məktubunu olduğu kimi aşağıda təqdim edir.

Bu və ya digər məqamlarla bağlı geniş araşdırmamız olacaq.


"AZƏRİQAZ"da ŞİŞİRDİLƏN XƏRCLƏR:
"AZƏRİQAZ"da ŞİŞİRDİLƏN XƏRCLƏR:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...