BŞİH 400 minlik inzibati bina tikir – Layihıni icra edəcək sirli şirkət kimindir?

BŞİH 400 minlik inzibati bina tikir –
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC üçün inşa ediləcək inzibati binanın inşasının davam etdirilməsi ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elektra” Müəssisəsi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 407 588,19 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Elektra” Müəssisəsi 18 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 41, mənzil 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhədov Emin İsrafil oğludur.

“Elektra” Müəssisəsi 1998-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Emin Əhədov haqqında da hər hansı məlumat yoxdur.

Bununla belə, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir.
Şirkət bundan əvvəl Fövqəladə Hallar Naziriliyinin Əsaslı Tikinti İdarəsinin keçirdiyi tenderin qalibi olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 15 noyabr 2018-ci ildən bu vəzifədədir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Eldar Əzizov Bakının icra başçısı təyindən olunandan sonra yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Abit Əliyev Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda müxtəlif vəzifələrdə çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...