Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

Xətai icra hakimiyyətində korrupsiya piramidası –
Azərbaycanda məmurların əksəriyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi artıq adi hala çevrilib. Belə məmurlardan biri də Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur.

GUNDEMİNFO.AZ xəbər verir ki, AzFakt.com-a daxil olan məlumata görə İntiqam Cümşüdov Xətai rayonunda “Oliqarx” ləqəbi ilə tanınır. İntiqam Cümşüdovun Xətai rayon Gəncə prospektində çoxsaylı obyektlərinin olduğu bildirilir. Aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun milyonlarla manat qiyməti olan obyektlərə necə və hansı pullarla sahib olması maraqlıdır.

Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Xətai rayonunda obyekt, ev və sair tikililərin icra hakimiyyətindən “icazə” alınması məsələlərinə də İntiqam Cümşüdov baxır.

Qarşı tərəf mövqe bildirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...