Saleh Məmmədov yerlərdə yol təsərrüfatının idarə edilməsini sülalələrə həvalə edib?

Saleh Məmmədov yerlərdə yol təsərrüfatının idarə edilməsini sülalələrə həvalə edib?
Hurriyyet.az xəbər verir ki, Mediatv.az xəbər portalının redaksiyasına Neftçala 50 saylı yol istismar idarəsi rəhbərliyində oturuşmuş Babayevlər sülaləsindən şikayət daxil olub. Bildirilir ki, hal-hazırda təqaüddə olan keçmiş idarə rəisi Füzuli Babayev oğlu Ruslan Babayevi öz yerinə təyin etdirib: “Neçə illərdir ki, idarəni “yeyib-daĝıdan” Füzuli Babayevin Həsənabad yolunun üstündə iki mərtəbəli restoranı, yolun saĝ tərəfində marketləri var. Obyektlərinin qapısına kimi asfalt çəkdirib. Rayon Mərkəzi Xəstəxanasının yanında oĝluna villa tikdirib. Ṣorkənd kəndində qır biṣirən karyeri, çöldə camış ferması var. Bakıda saysız-hesabsız evi, obyektləri var”.Maraqlıdır ki, yol istismar idarələrinin rəhbər vəzifəli şəxslərinin ölçüyəgəlməz kapitala yiyələnmələri, övladlarını, qohum-əqrəbasını rəhbərlik etdikləri strukturlarda vəzifələrə təyin etmələri, idarələrin vəsaitlərini öz ata malı kimi bioloji varislərinə ötürmələri, yaxın adamlarının adına açdıqları firmalarla korruptiv işbirliyi qurmaları barədə məlumatlar artıq cəmiyyətdə adi hal kimi qarşılanır. Zaman-zaman kütləvi informasiya vasitələrində Yol İstismar İdarələrinin rəislərinin var-dövlətinin uzun siyahısı dərc olunur və demək olar ki, heç kimdə təəccüb doğurmur. Sanki qəbul olunub ki, belə də olmalıdır. Və bu mənfi stereotip Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə oturuşub.Mediatv.az olaraq internet üzərindən araşdırma apararaq başqa misallar da çəkə bilərik:

35 saylı Sabirabad rayon Yol İstismar İdarəsinin rəisi Əliqulu Babaşov oturduğu kreslonu atası Məmmədqulu Babaşovdan, 42 saylı Tərtər Yol İstismar İdarəsinin rəisi Ramil Bayramov tutduğu vəzifəni öz atası Əliqulu Bayramovdan təhvil alıb. Saleh Məmmədov vaxtilə yaxın dostu olmuş Zahid Nuriyevi “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-də rəis vəzifəsindən azad etsə də, yerinə onun oğlu Vüqar Nuriyevi təyin etdi. Zahid Nuriyevin kürəkəni Müşfiq isə Yol İstismar İdarəsində rəis işləyir. AAYDA-nın sifarişi əsasında çəkilən yolu Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun oğluna məxsus MMC tikib, sonrakı halda ata oğlunun çəkdiyi yolu istismara qəbul edir. Yol tikintisinə aid olan inşaat materialları idarə rəisinin qum, çınqıl karxanasından təmin edilir.

Başqa bir yol idarəsinin rəisi Əliheybət Şirinovun dəyəri milyon manatlarla ölçülən Biləsuvar,Siyəzən rayonlarında,Hövsan qəsəbəsində zavodları var.Əliheybət Şirinovun biznes imperiyasına Hacıqabul rayonunda 50 hektarlıq parnik, Sabirabad rayonunda təkər zavodu, Hacıqabul rayonunda 7-10 minə yaxın xırda buynuzlu, 2-3 min baş isə iri buynuzlu heyvandan ibarət olan fermer təsərrüfatı daxildir.Əliheybət Şirinovun 13-ə yaxın daş karxanası var.Dəvəçi rayonunda böyük parnik, avtomobil salonları, Nardaranda bir neçə villa da Əliheybət Şirinovun əmlaklarının,eləcə də Yol tikintisində istifadə etmək üçün 100-ə yaxın yük maşınını Şirinovun əmlakları siyahisinə daxildir. Onun hətta Türkiyədə də əmlakları da var. Xırdalanda fəaliyyət göstərən Beton zavodu da ona məxsusdur.

Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan biabırçılıq,milli mentalitetə sığmayan, ədəb-ərkandan kənar bir haldır. Belə ki, adı çəkilən bu şəxsin iddiasına görə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallı onun həyat yoldaşı ilə intim münasibətdə olur və belə bir səbəbdən də, xanımı Zümrüd Atakişiyeva dünyaya uşaq gətirir. Mehman Atakişiyev verdiyi açıqlamasında onu da qeyd edir ki, “Mən idarədə kaçeqarçı (fəhlə) işləyirdim, elə hallar olurdu ki, sutka ərzində 24 saat işdə olurdum. Günlərin birində gördüm ki, Nazim Eynallı həyat yoldaşıma mobil telefon, hətta Dubaydan gətirdiyi bahalı ətir də alıb. Bütün bunların hər biri məndə müəyyən şübhələrin baş qaldırması ilə nəticələndi. Hətta, günlərin birində həyat yoldaşım Zümrüd Atakişiyeva, idarə rəisindən uşağa qaldığını da dilə gətirdi.

Saleh Məmmədovun rəhbərliyi altında işdəyən idarə rəislərinin milyonlar qazanmaqdan tutmuş,məişət pozğunluğuna kimi hallara rast gəlmək mümkündür.Qanunlarda görəsən hansı boşluqlar vardır ki bu idarə rəisləri milyonlar “oğurlaya” bilirlər? Bu işin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki,əksər idarə rəisləri pensiya yaşları çatanda öz vəzifələrini övladlarına ötürürlər.

Axı, bu idarə rəhbərləri hansı xidmətlərinə görə Saleh Məmmədovu razı salırlar ki, onlara bu qədər geniş imtiyazlar verilir, vəzifə kürsüləri onların şəcərəsinə bağışlanır, cinayətlərinə göz yumulur? Yolların keyfiyyətindən oğurladıqlarına görəmi?

Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq..

Araşdırmamız davam edir..

araz.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...