Dünya niyə bu barədə danışır? - Muxtar Babayevin COP29 sammitinə liderliyi qalmaqal yaradıb
Azərbaycanın ekologiya naziri Muxtar Babayev ölkədə keçiriləcək Cop29 danışıqlarının prezidenti elan olunub.
Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan bir nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək.
Cənab Babayev 26 il SOCAR-da - Azərbaycanın dövlət neft şirkətində işləyib, 2018-ci ətraf mühit naziri təyin olunub.
Cənab Babayevin iqlim dəyişikliyi diplomatları arasında profili yüksək deyil - o tanınan fiqur deyil, BBC-nin ətraf mühit müxbiri Matt McGrath yazır və əlavə edir: "Azərbaycan hökumətinin prezidentlik dövrü üçün prioritetləri barədə çox az məlumat var".
Ancaq tərcübəli mütəxəssislərə görə, Cop29 aşağı profilli tədbir olacaq və əsas diqqət yeni və uzunmüddətli maliyyə əldə etmək üzərinə olacaq.
"Cop29 çox stresli olmayacaq, amma maliyyə əldə edə bilməlidir, əks halda, ambisiyada dəyişiklik görməyəcəyik", keçmiş vasitəçi Kaveh Guilanpour deyir.
"Diplomatik iş olaraq, maliyyə əldə etmək çətin olacaq, amma prezidentliyin özü asan olacaq, çünki mürəkkəb deyil" , o BBC News-a deyib.
Ancaq BBC müxbiri Matt McGrath deyir ki, ətraf mühit kampaniyaçıları Muxtar Babayevin seçilməsinə qəzəblidirlər, çünki neft sənayesinin ətraf mühit danışıqlarında artan rolundan narahatdırlar.
"Missiyam azərbaycanlıların yanaşmasını dəyişməkdir"
Birləşmiş Ərəb Əmirliklərindən keçmiş Cop28 prezidenti Sultan əl-Caber də neft sənayesindən gəlmiş tərcübəli mütəxəssis idi. O Cop28-i idarə edərkən, həm də Əbu-Dabi milli neft şirkətinin rəhbəri olaraq işinə davam etmişdi.
Ancaq vəzifəsilə bağlı narahatlıqlara baxmayaraq, o iştirakçı ölkələrlə "enerji sistemlərində fosil yanacağından uzaqlaşmaq" barədə razılaşma əldə edə bilib.
Guardian qəzeti yazır ki, Babayevin iqlim dəyişikliyilə bağlı vasitəçi kimi təyinatı Azərbaycanın iqlimə zərər vuran neftdən asılı olması səbəbindən narazılıq yaradıb. Ancaq Babayevin ətraf mühitin mühafizəsində təcrübəsi var - o 3 il Socar-ın ekologiya üzrə vitse-prezidenti olub, o müddət ərzində Azərbaycanın zəhərlənmiş torpaqlarını canlandırmaq səylərinə rəhbərlik edib, Guardian yazır. Qəzet ABŞ diplomatlarına istinadla qeyd edir ki, görüşlərin birində Muxtar Babayev missiyasının "azərbaycanlıların ətraf mühitlə bağlı məsuliyyətlərinə dair mentalitetlərini dəyişmək" olduğunu söyləyib.
"Cənab Babayevin neft sənayesindəki rolu Əl Caberinkindən qat-qat təvazökar idi və əsasən, iqlim təmayüllü idi. O bu yaxınlara qədər şirkətin ekologiya üzrə vitse-prezidenti olub və rolu Socar-ın ətraf mühitə təsirlərini azaltmaq olub", New York Times qəzeti yazır.
Azərbaycan beynəlxalq profilini 2012-ci ildə Avroviziya müsahibəsi, 2015-ci ildə Bakı Avropa Oyunları keçirərək yüksəldib və indi də Cop29 keçirməyə hazırlaşır, BBC müxbiri yazır.
teref.az
277 dəfə oxundu