Seymur Talıbovun təsis etdiyi universitet bağlanır – Nazir açıqladı

Seymur Talıbovun təsis etdiyi universitet bağlanır –
“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.
Gundeminfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun bildirib ki, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar:
“Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcəklər. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək”.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub.
2023-cü ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...