"Piyada yolunda pullu parkinq açıblar" - “Şərur MTK”dan şikayət - VİDEO

"Piyada yolunda pullu parkinq açıblar" -
Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində “Şərur MTK” tərəfindən inşa olunan “Jasmin Park” kompleksində yaşayan sakinlər adı çəkilən inşaat şirkətinin piyada səkilərini zəbt edərək pullu parkinq yeri yaratdığından narazıdırlar.
Bu barədə sakinlər Bakupost.az -a şikayət ediblər.
Onların dediyinə görə, “Şərur MTK” binanın arxa tərəfində piyadalar üçün nəzərdə tutulan səkini ödənişli parkinq yerinə çevirib. İnşaat şirkətinin yaratdığı dayanacaqda bir günlük parkinqin qiyməti 1 manatdır.
Şirkətin ərazi üzrə nümayəndəsinin piyada yolunda parkinq açılmasına etiraz edən sakinlərə cavabi isə belə olub:
“Gedin kimə istəyirsiniz, şikayət edin”.
Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Bakupost.az -a qeyd olundu ki, piyada keçidləri İcra Hakimiyyətlərinin balansındadır və bununla bağlı ancaq onlar açıqlama verə bilər.
"Şərur MTK"-nın mətbuat xidmətindən isə saytımıza bildirildi ki, o ərazi sakinlərin istifadəsi üçün nəzərdə tutulub və heç bir ödənişdən söhbət gedə bilməz:
“Adı çəkilən ərazi bərbad vəziyyətdə idi. Orada sadəcə abadlıq işləri aparılıb. Ərazi sakinlərin istifadə etməsi üçün nəzərdə tutulub. Orada heç bir ödənişdən söhbət gedə bilməz. Maneələrə gəlincə, orda çalışanlardan biri bilmədən bunu edib və artıq dəmir maneələrin aradan qaldırılması üçün tədbirlər görülür”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...