İcra başçısının “qatil klinikası”: 4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub

İcra başçısının “qatil klinikası”:
4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir. Tribunainfo.az bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.

Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.

Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...