Müştərilər “Yelo Bank”dan pullarını geri götürür – Kəskin azalma var

Müştərilər “Yelo Bank”dan pullarını geri götürür –
Müştərilər tərəfindən “Yelo Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində müştərilərin “Yelo Bank”dakı depozitləri 35% və ya 450,5 milyon manat azalıb.
Hüquqi şəxslərin bankdakı depozitlərində isə kəskin azalma qeydə alınıb. Belə ki, hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri bu ilin ilk 9 ayı ərzində 3,5 dəfə azalaraq 720,6 milyon manatdan 204 milyon manata düşüb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub. Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib. 2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...