Abidin Fərzəliyevi gözdən salan komandası - bir plan hazırlayıblar və uğurlu "davam edirlər"
Abidin Fərzəliyev uzun illərdir ki, icra başçısı postunda işləyir. Bakının Nərimanov rayonunda, ardından isə Abşeron rayonunda icra başçısı olduğu müddətdə əhalinin rəğbətini qazanmaq üçün çox işlər görməyə çalışıb.
Daim Şəhid Ailələrinə, Qarabağ qazilərinə xüsusi həssaslıqla diqqət ayırıb. Bu kateqoriyadan olan insanlarla təmaslara üstünlük verib.
Bunu internet resurslarında Abidin Fərzəliyevlə bağlı informasiyalardan da aydın formada müəyyən etmək olar.
Mütəmadi olaraq şəhid ailələrini ziyarət edən icra başçısı bütün fəaliyyəti boyunca rəhbəri olduğu rayonda rəğbət qazanıb.
Amma təəssüflər olsun ki, son zamanlar Aidinn Fərzəliyevin nifuzdan salınması üçün yaxın çevrəsində olan insanlar sözün həqiqi mənasında əllərindən gələni edirlər.
Xüsusilə də qəbula gələn, müraciət edən vətəndaşlar müxtəlif bəhanələrlə icra başçısından narazı salınır. Demək olar ki, müxtəlif bəhanələrlə qəbula yazılmaq istəyən vətəndaşları qapıdan ümidsiz halda geri yollayırlar.
Günlərlə davam edən get-gəllər də fayda vermir. Hətta Abidin Fərzəliyevin qəbuluna gələn ağsaqqalar, Qarabağ qaziləri də var. Artıq son zamanlar qazilərimiz daim rahat bir formada təmas qura bildikləri A.Fərzəliyevin qəbulundan uzaqlaşdırıldıqlarını yazırlar.
Elə saytımıza da bu barədə xeyli sayda müraciətlər daxil olur.
Maraqlıdır ki, ilk iş yeri media olan, jurnalistlikdən ən yüksək vəzifələrə qədər yüksələrək, daim sadə camaatın qayğıları ilə maraqlanan Abşeronun İcra Başçısı haqqında mənfi obrazz yaratmağa çalışırlar.
Kim edir bunu?
Gundeminfo.az-a daxil olan məlumata əsasən sabiq icra başçısının komandasından olanlarla yanaşı onun güvəndiyi, Nərimanov Rayon İcra Hakmiyyətin özü ilə birlikdə gətirdiyi bir neçə məsul şəxs əllərindən gələni edirlər ki, Abidin Fərzəliyevdən Prezident Admiinstrasiyasına, mətbuata göndərilən şikayət məktubları çoxalsın.
İcra başçısının yerli icra nümayəndəliklərinə də ictimayyətdən uzaq durmaq tapşırığı verilib deyə, bu həm narazılıqların artmasına, həm də problemlərin hədəfi kimi İcra Başçısının göstərilməsinə səbəb olur.
Görünür bu məqsədli formada həyata keçirilir və aşkar olan odur ki, indi Abidin Fərzəliyevin nifuzdan salınması üçün yaxın ətrafında olan bir neçə məmur sürətlə vəzifə yüksəlişindən feyziyab olublar və daha yüksək məqama göz dikinblər.
Ardı mütləq var. Bizi izləyin.
Gundeminfo.az
150 dəfə oxundu