Ömürlük əlillik pensiyası almaq üçün 6 min manat rüşvət verdi, dələduzluqla üzşlədi

Ömürlük əlillik pensiyası almaq üçün 6 min manat rüşvət verdi, dələduzluqla üzşlədi
Gundeminfo.az xəbər verir ki, Tovuz rayon sakini Məsmalıyeva Mənzər Ağa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Məsmalıyeva Mənzər Ağa qızı, yazaraq bildirirəm ki, əslən Tovuz rayonundanam, hazırda Gəncədə yaşayıram. Həyat yoldaşım da Gəncədə yaşayır.

Yoldaşım 1-ci Qarabağ müharibəsində iştirak edib. Bir neçə yerindən qəlpə zədəsi alıb. Həmin vaxtlar xəstəxanalar dolu olduğundan, xəstəxanada çox qala bilmirdik, müalicəyə evə göndərirdilər. Amma hal-hazırda bədənində qəlpə var. “Papanin” hospitalında 3 dəfə gözündən əmaliyyat keçirib, xəstəlik kağızı var.

Gədəbəy Veteranlar Birliyinin sədri olmuş Əliyev İbrahim Qədir oğlu bizə dedi ki, sizə əlillik, ev düşür. Dedi ki, yeddi min manat verin, ömürlük 2-ci qrup əlillik alın.

Tovuz rayonunda xadimə işləyirdim. İbrahim Əliyevlə 6 min manata razılaşdıq. Bankdan 6 min manat kredit götürdüm, 3 min manatını İbrahim Əliyevə verdik. Dedi ki, iki aya düzələcək.

Aylar keçdi, bildik ki, bizi aldadıb. Gədəbəyə gedəndə gördük ki, bizim kimi, 50 nəfəri də aldaaraq, ümumilikdə 200 min manata yaxın pul yığıb.

Şikayətimizdən sonar öncə Daxili İşlər naziri, bir müddət keçəndən sonra Baş prokuror Tovuza gəldi. Prokuror bildirdi ki, işi nəzarət altına götürüb, bizim öroblemimiz həll olunacaq. Lakin iş düzəlmədi.

Məhkəməyə müraciət etdik. Keçən ilin fevral ayından məhkəmə gedir. İlk məhkəmə olanda bizə dedilər ki, İbrahim Əliyev rəhmətə gedib, həyat yoldaşı da varisliyi qəbul etmir.

Heç yerdən gəlirim yoxdur. Yoldaşım 55 yaşındadır. Onu da işə götürmürlər. Tovuz rayonu uzaq olduğuna görə, işdən ayrılmışam. Hazırda çıxılmaz durumdayam. Rəsmi qurumlardan xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...