"Euro Home” bazarlarının sahibinin yarım milyon manatlıq maşınına həbs qoyulub - Qalmaqallı milyonçu ilə bağlı nə baş verir?

"Euro Home” bazarlarının sahibinin yarım milyon manatlıq maşınına həbs qoyulub -


“AF Holdinq” Şirkətlər Qrupunun, uzun illərdir paytaxtın mərkəzində bina tikintisi ilə məşğul olan “Uğur-97” şirkətinin, “AF Hotel Aqua Park”ın sahibi, Bakı-Sumqayıt yolunun kənarında yerləşən “Euro Home” ticarət mərkəzinin rəhbəri Azay Möhnətovun yarım milyon manatlıq avtomobilinin üzərinə həbs qoyulub.

Söhbət “Rolls Royce Ghost” markalı “99-AF-009” dövlət qeydiyyat nişanlı avtomobildən gedir. Baş Dövlət Yol Polis İdarəsinin məlumatına əsasən, avtomobil 2014-cü ildən “Euro Home “ MMC-nin adında qeydiyyatdadır.

2019-cu ildə “Euro Home”da yanğın nəticəsində zərər görən sahibkarlara kompensasiya ödənilməsi məqsədilə şirkətin əmlakı – avtomobilin üzərinə həbs qoyulub.

Şirkətin digər əmlaklarını isə zərərçəkənlərlə “Euro Home” arasında məhkəmə prosesi gedən dövrdə təsisçi Azay Möhnətov öz adına keçirib. O, ərizə verərək göstərib ki, yanğından əvvəl öz şirkətinə 500 min borc vermişdi, bunun da 300 mini qaytarılmışdı. Beləliklə, təsisçisi olduğu “Euro Home”un ona 200 min manat borcu var. Həmin 200 min manat borcun əvəzinə də “Euro Home”un əmlakı – ticarət mərkəzinin yerləşdiyi 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksi məhkəmə qərarı ilə əvəzləşdirilərək, birbaşa Azay Möhnətovun adına keçirilib.

Digər tərəfdə məhkəmə “Euro Home”un yanğından zərər görən sahibkarlara 108 min manatdan 392 min manata qədər olmaqla, ümumilikdə 1.5 milyon manata qədər kompensasiya ödəməsi barədə qərar çıxarsa da, ortada ödəməyə nə pul qalıb, nə də qərarın icrasını yönəltməyə əmlak.

Zərərçəkənlər kompensasiya qərarının icrası üçün yalnız “Rolls Royce”ni tapıb, məhkəmə qərarı ilə onun üzərinə həbs qoydurublar.

Onlar şikayətçidilər ki, Binəqədi rayonunda uzun müddətdir icra işi gedir, avtomobilin üzərində həbs var, lakin sözügedən maşını saxlayan yoxdur. Onlar iddia edir ki, Azay Möhnətov sözügedən “Rolls Royce”dən hazırda da istifadə edir.

“Məhkəmə qərarı ilə həmin maşının üzərinə həbs qoyulmasına baxmayaraq, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən heç bır məcburi icra hərəkətləri aparılmır. Sözügedən maşın Azay Möhnətov tərəfindən idarə edilir. İcra qurumunun tələbi həmin maşına yönəltməkdə aciz olduğunu deyirlər. Həmin nəqliyyat vasitəsi sərbəst şəkildə Bakı küçələrində hərəkətdədir. Bu barədə Bınəqədi İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq, heç bır addım atılmayıb”, – tələbkar Ümid Qayınbəyovun vəkili Elsevər Xanalıyev bildirib(MeydanTV).

Yeri gəlmişkən, Azayın Binəqədri və Nərimanovda yerləşən bazarlarına bacısı uşaqlıarı rəhbərlik edirlər. Onlıarın bazarları qanunlarla deyil, keflərinə uyğun idfarəetməlıəri haqda da zaman-zaman məlumatlar yayıılır.

Xəbərə görə, Vergilər Xidməti bu bazarlarda, xüsusiylə icarə müqavilələri ilə bağlı yoxlama və dəqiqləşmə aparlmalıdır.

MİA.AZ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...