Binəqədi rayonunda qansuz yaşayış binası inşa edlib - FOTOLAR

Binəqədi rayonunda qansuz yaşayış binası inşa edlib -
Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.

AzFakt.com xəbər verir ki, belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonunda aparılıb. Məlumata görə Binəqədi rayon G.Ramazanov küçəsində inaş edilən 4 mərtəbəli yaşayış binasının (apartman) tikintisi üçün dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmayıb.

Tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə anlaşaraq binanı tikdiyi iddia edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.

Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb.

Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.

Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olsada, qanunsuz binanın əsl sahibinin Vüqar adlı sahibkar olduğu deyilir.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Binəqədi rayonunda qansuz yaşayış binası inşa edlib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...