Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir

Deputatın “dadlı biznesi” –
Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir

Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb. Editor.az-ın əldə etdiyi məlumata görə, deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.

Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür.

Hazırda “Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, “Tarqovu”da yerləşir.

Deputatın “dadlı biznesi” –


Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.

Editor.az məsələ ilə bağlı Şahin İsmayılovun mövqeyini öyrənmək üçün ona sorğu göndərib. Lakin deputat gün ərzində müraciətə cavab verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...