Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan Fazil Alməmmədovun 89 min AZN-lik əməliyyatı

Müqavilənin dəyəri 89.638,70 manat məbləğindədir.
Satınalma tibb müəssisəsində mövcud avadanlıqların texniki sazlığının bərpası və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədini daşıyır.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur.
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.
Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
32gun.az
36 dəfə oxundu