Tağı Əhmədov Yasamalın icra başçısı olmağa çalışır- HƏYAT YOLDAŞI DANIŞDI

Tağı Əhmədov Yasamalın icra başçısı olmağa çalışır-
Xeyli vaxtdır Yasamal rayon icra hakimiyyətinin başçısı postu boşdur. Zaman uzandıqca mətbutada Yasamalın yeni icra başçısı kimi xeyli adamın adı hallanır. Real namizəd kimi “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun adı bu siyahıda keçir.

İddialara görə, Tağı Əhmədov Yasamalın icra başçısı olmağa hazırlaşır. Hətta, buna görə bütün vasitələrdən istifadə etdiyi deyilir.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı modern.az-ın Tağı Əhmədovla əlaqə saxlama cəhdi baş tutmayıb. Xanımı Salatın Əhmədova isə saytımıza açıqlamasında yayılan xəbərlərin heç bir əsasının olmadığını dilə gətirib.

“Vallah yayılan xəbərlər yalandır. Şaiyədən başqa bir şey deyil. Düzü, bu cür xəbərlərin kimlər tərəfindən ortalığa atıldığını da bilmirik”.

Qeyd edək ki, ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün Yasamalın icra başçısı İbrahim Mehdiyev vəzifəsindən kənarlaşdırılıb.
Hazırda adıçəkilən rayonun icra başçısı postu boş qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...