Nəsimi rayonunda evləri sökülən 32 ailə ölkə başçısından yardım istəyir- ŞİKAYƏT

Nəsimi rayonunda evləri sökülən 32 ailə ölkə başçısından yardım istəyir-


Evləri sökülən Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı 32 ailə onlara verilən kompensasiya ilə razılaşmır və buna etiraz olaraq Azərbaycan prezidentinə müraciət ünvanlayaraq, yardım istəyirlər.

Bu barədə Gununsesi.info-ya həmin ünvanda yaşayan sakinlər adından daxil olan şikayət məktubunda qeyd olunub.

Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı bina sakinlərindən Gununsesi.info-ya daxil olan şikayət məktubunda bildirilir ki, mənzillərinin sökülməsi ilə bağlı onlara bildiriş göndərilib və qeyd olunan kompensasiya məbləği birmənalı olaraq heç bir sakini qane etmir: “Sizdən xahiş edirik Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı bina üçün ayrılan vəsait və həmin vəsaitlə ev almaq imkanının olmamasını həm dövlət qurumlarına, həm də ictimaiyyətə çatdırılması üçün bizə köməklik edəsiniz. Məlumat üçün bildirək ki, şəhərin mərkəzindəki binada mənzilimizi 20-30 min manat təklif etməklə bizə çox ədalətsiz, heç bir qiymətləndirmə prinsiplərinə sığmayan bir məbləği qəbul etməyimizi istəyirlər”.

Məktubda o da qeyd olunub ki, bütün sakinlər adından kompensasiya məbləğinin azlığı ilə bağlı prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Artur Rasizadəyə, maliyyə naziri Samir Şərifova və “Azəravtoyol” ASC sədri Saleh Məmmədova müraciət ünvanlanıb.

Ölkə başçısına ünvanlanan məktubda 32 ailənin son ümidi olan evləri ilə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istənilir. Məktubda qeyd olunur ki, 2017-ci ilin iyul ayında Nəsimi Rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bina sakinlərinə yaxın vaxtlarda yaşadıqların binanın söküləcəyini və bu zaman ədalətli kompensasiya ilə təmin olunacaqlarına vəd veriblər. Lakin 22.08.2017-ci il tarixdə bina sakinlərinə verilən bildirişdə hər kvadratmetr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi qeyd olunub. Məktubda binadakı bir otaqlı mənzillərin 14-28 kvadratmetr, ikiotaqlı mənzillərin isə isə 30-40 kvadratmetr arasında dəyişdiyi qeyd olunub.

“Cənab prezident, sizə müraciət etməklə bildiririk ki, binada yaşayan ailələr kompensasiyanın məbləğindən razı deyil. Belə ki, yaşadığımız ərazidə verilən kompensasiya hesabına ev almaq mümkün deyil. Yaşadığımız “28 May” metrosu ətrafında, Keykab Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır.

Sizdən xahiş edirik, dəfələrlə özünüzün də bəyan etdiyi kimi digər pilot layihələrdə olduğu kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzilləlrlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə bir otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir. Sizə arxalanırıq və son ümidimiz olan evimizin ədalətli prinsiplə qiymətləndiriləcəyinə inanırıq!”- deyə məktubda qeyd olunub.

Hörmətlə,

Bakı şəhəri, Səfərəliyeva küçəsi, ev 25 ünvanındakı binada yaşayan sakinlər adından:
Mənzilin nömrəsi Adı, soyadı Telefon nömrəsi İmza
107 Əhmədova Fatma İsmayıl qızı 0124906609 imzalayıb
108 Şirinova Xatirə Əbdüləli qızı imzalayıb
109 Əliyeva Məleykə Məcid qızı 0124902516 imzalayıb
111 Əliyev Yaqub Zülfüqar oğlu imzalayıb
113 Əzizova Xatirə Məmmədəli qızı 0503172435 imzalayıb
114 Novruzova Dilarə Mıhərrəm qızı 0506137244 imzalayıb
115 Ələkbərova Şüşəxanım Balaş qızı 0503042228 imzalayıb
116 Məmmədova Zəminə Şirməmməd qızı 0124906435 imzalayıb
117 Quliyev Teymur Umud oğlu 0515850114 imzalayıb
118 Tomuyev Aypara Kərəm qızı 0552978864 imzalayıb
119 Həsənov Zahir Zakir oğlu 0558809868 imzalayıb
120 Qarayev Elman Rza oğlu 0557957555 imzalayıb
121 Əliyeva Arzu Fəttah qızı imzalayıb
124 Qocayeva Məsmə Tariyel qızı 0124967971 imzalayıb
125 Hüseynova Sara İsmayıl qızı 0124906532 imzalayıb
126 Ələkbərov Qaraş Alməmməd oğlu 0502902472 imzalayıb
127 Rzayeva Ziyafət Sadıq qızı 0558477247 imzalayıb
128 İbrahimov İnqilab Gülağa oğlu 0557054570 imzalayıb
129 İsmayılova Mətanət Əhməd qızı 0503642319 imzalayıb
130 Qasımov Çingiz Qurban oğlu 0503333448 imzalayıb
131 Tomuyev Anar Zirəddin oğlu 0557499691 imzalayıb
133 Hüseynova Laləzar Ramil qızı 0514137373 imzalayıb
134 Hümbətov Şahbaz Mikayıl oğlu 0558360005 imzalayıb
135 Məmmədova Almaz İbadulla qızı 0124906635 imzalayıb
136 Həsənov Zeynal Hüseyn oğlu 0552245176 imzalayıb
138 Seyidova Kifayət İmran qızı 0557202093 imzalayıb
139 Süleymanov Bilal Vəli oğlu 0556196880 imzalayıb
140 Əliyeva Əsli Abdulla qızı 0505125903 imzalayıb
141 Əliyev Xanlar Sayad oğlu 0503437899 imzalayıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...