Bu bankın üzərində qara buludlar dolaşır... - MÜDHİŞ GƏLİŞMƏ

Bu bankın üzərində qara buludlar dolaşır... -

Son günlər media orqanlarında “Nikoil Bank”ın İdarə Heyətinin sədri Nikoloz Şaraqua və digər rəhbər vəzifəsində işləyən şəxslərlə bağlı aidiyyatı bilinməyən mənbələrə istinadən məlumatlar yayılır. Maraqlıdır ki, heç bir adı soyadı olmayan bu “məlumatlı mənbələr” bank rəhbərliyi haqqında hər cür şər – böhtan dolu yazılar dərc etməklə məşğuldurlar.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumata görə, “Nikoil Bank” rəhbərliyinin vurulmasında köhnə komandanın rolu var. Belə ki, bankda baş verən kadr dəyişikliyindən sonra keçmiş sədr Vasili Xamazaya bağlı kadrların xeyli hissəsi ya vəzifələrindən uzaqlaşdırılıb, ya da kiçik vəzifələrə keçirilib. Keçmiş sədrə bağlı şəxslərin bankda “neytrallaşdırılması” prosesində isə çox ciddi nüanslar ortaya çıxıb. Belə ki, bankın yeni heyətinin yaratdığı komisiyada keçmiş komandanın milyonlarla dollar vəsaitləri “əridərək” yoxa çıxartdığı üzə çıxıb.

Baş verənlərlə bağlı bank rəhbərliyi keçmiş sədr Vasili Xamazaya qarşı cinayət işinin açılmasına çalışsada hansısa qüvvələr onu qoruyaraq ölkədən çıxmasına kömək ediblər. Bankda fəaliyyət göstərən komisiyanın apardığı araşdırmalarda isə hər dəfə yeni maxinasiyalar, saxta işlər ortaya çıxır. Saytımıza verilən məlumata görə komisiyanın araşdırmasında məlum olub ki, keçmiş komandanın həyata keçirdiyi maliyyə maxinasiyalarında əsas pay sahiblərindən olan bankın vaxtı ilə idarə heyətinin üzvü olmuş Emil Məmmədov, Zaur Abıyev, Fazil Hüseynov və digər yetkili şəxslər rol alıblar. Ancaq bu maxinasiyalarda köhnə komandadan idarə heyətində qalan yeganə şəxs Fuad Tağıyevin əlinin olmaması heçdə inandırıcı görünmür. Verilən məlumata görə, adları çəkilən idarə heyətinin üzvləri bankın keçmiş sədri Vasili Xamaza ilə əlbir olaraq saxta sənədlər altında bankdan külli miqdarda vəsaitlər çıxardıblar. Keçmiş komandanın onlarla sahibkara verdiyi milyonlarla kreditlərin qaytarılmasında ortaya çıxan nüanslar isə həqiqətəndə dəhşətlidir. Belə ki, sahibkarlara verilən kreditlərin əvəzində “Nikoil Bank”a qoyulan əmlak girovlarının qiymətlərinin 5, hətta 10 dəfə şişirdilməsi çox ciddi fantastik məbləğlərin mənimsənilməsindən xəbər verir. Bu gün məhkəmələrdə “Nikoil Bank”-ın köhnə komandasının “payladığı” kreditlərlə bağlı çoxlu sayda məhkəmə işi var.

Vasili Xamazanın ətrafındakı şəxslər onunla əlbir olaraq əldə etdikləri milyonlarla manat vəsaitləri isə özlərinin şəxsi həyatlarının yaxşılaşdırılmasına, şəxsi bizneslərinin inkşaf etdirilməsinə xərcləyiblər. “Nikoil Bank”-ın köhnə komandasının həyata keçirtdiyi kredit maxinasiyalarında, şişirdilmiş əmlaklar oyununda rol alan qurumlardan biridə bankın hüquq departamenntinin olduğu bildirilir. Belə ki, Vasili Xamazanın zamanında bankın hüquq departamentinə rəhbərlik edən Ayxan Rüstəmzadə idarə heyətində təmsil olunan “maxinatorlara” ciddi şəkildə dəstək olub desək heçdə yanılmarıq. Çünki müxtəlif qiymətləndirmə mərkəzləri ilə əlbir olaraq girov qoyulan əmlakların dəyərindən 5 dəfə, 10 dəfə çox şişirdilməsi və buna göz yumulması hüquq departameninin hansısa maraqlarından xəbər verir.

Hazırda ortaya çıxan mənzərə ondan ibarətdir ki, keçmiş sədr Vasili Xamaza və komandası “Nikoil Bank”ı elə bir vəziyyətə salıb ki, bank hələ uzun müddət yaradılmış problemləri həll etməklə məşğul olacaq. Verilən məlumata görə, hazırkı rəhbərlik köhnə komandanın yaratdığı prolemləri və bankdan çıxarılan vəsaitlərin bir hissəsinin hüquqi yolla geri qaytarmaq qərarına gəlib. Bunun üçündə bankın keçmiş rəhbərliyində təmsil olunan və qeyd etdiyimiz maxinasiyalarda əli və rolu olan şəxslər haqqında hüquqi ölçü götürülməsi üçün yaxın günlərdə rəhbərlik qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Nikoil Bank” inanır ki, bu dəfəki dəlillər və sübutlar hüquq mühafizə orqanları tərəfindən daha ciddi şəkildə araşdırılacaq və bankı soyan şəxslər barəsində lazımı ölçü götürüləcək.

Bildirək ki, “Nikoil Bank” – ın keçmiş sədri Vasili Xamazanın komandasının həyata keçirtdikləri maliyyə maxinasiyaları və şişirdilmiş girovlar barəsində növbəti yazımızda oxucularımıza ilginc faktlar təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
aztoday.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...