Ağdam Məşğulluq İdarəsindən şikayət - VİDEO

Ağdam Məşğulluq İdarəsindən şikayət -

Ağdam rayon Evoğlu kənd sakini Cəfərov Elmir Ələddin oğlu GUNDEMİNFO.AZ-ın redaksiyasına şikayət dolu müraciət ünvanlayıb. Şikayətçi deyir ki, çox kasıb halda yaşayır və ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uça. "Evin dam örtüyü yararsız vəziyyətdədir, döşəməsi torpaqdandır. Nə mən nə də ki, həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq xidmətinin rəsisi Elşən Rüstəmov və onun Möhübbət adlı müavini həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum video lentə baxanda görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metirdən də azdır. Çox xahiş edirəm aidiyyatı qurumlara göstəriş verəsiniz bu məsələni ətraflı araşdırsınlar və bizim kasıb, acından ölən ailə üzvülərimizə yardımçı olsunlar və haqqımızın bərpa olunmasına köməklik göstərsinlər" deyə müraciət edən sakin bildirir.

Gundeminfo.az-a Ağdam sakini tərəfindən daxil olan video müraciəti təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...