Abşeron MTK Yasamalda insanlara hər gün ölüm həyacanı yaşadır - VİDEO

Əvvəllər Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 167 saylı məktəbin arxasında Yasamal rayon Təcili Tibbi Yardım Stansiyası yerləşirdi. Sonradan yaşıllıqlarla zəngin olan bu məkan kafe kimi fəaliyyət göstərməyə başladı. Bu günlərdə ərazi Abşeron MTK tərəfindən dəmir lövhələrlə çərçivələnib və ətrafa müşahidə kameraları yerləşdirilib. Lövhələrdə isə ərazidə yeni 5-6 bloklu çoxmərtəbəli binanın ucaldılacağı qeyd edilir.
Gundeminfo.az xəbər verir ki, Abşeron MTK ərazidəki yaşıllıqları məhv etməklə yanaşı ətrafda yaşayan insanların həyatına da ciddi təhlükə yaradır. Bir neçə gün öncə MTK-nın yük qaldıran kran qurğusu yaşayış binalarının üzərində fırlamğa başlayıb. Ətrafdakı beşmərtəbəli bibanaların üzərindəfırlanan kran qurğusu hər an aşa və ətrafa ciddi ziyan vura bilər.
Yerli sakinlər deyir ki,gün ərzində dəfələrlə bu kran qurğusu evlərinin üzərindən 360 dərəcə fırlanaraq onların həyatı üçün ciddi təhlükə yaradır. Abşeron MTK isə hasarladığı ərazidən dəfələrlə uzu n olan kranı yaşayış binalarının, yaxınlıqdakı uşaq baxçasının və ictimai obyektlərin üzəri ilə hərəkət etdirərək təhlükə yaradır. Heç bir tikinti təhlükəsizliyinə riayət edilmədən hər an insanların həyatı üçün təhlükə yaradırlar.
Gundeminfo.az həmin video görüntüləri təqdim edir:
545 dəfə oxundu