Piyadanı vuran maşın Arif Qaraşovun oğlunundur

Piyadanı vuran maşın Arif Qaraşovun oğlunundur

Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avtomobilin sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovdur. Maşın rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.

Qeyd edək ki, adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov maşın həvəskarı olaraq bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...