"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." - FOTOLAR

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -


Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində bir neçə ünvanda yaşıllıq zonası məhv edilib. İcra hakimiyyətinin icazəsi ilə 20-yə yaxın ağacı qıraraq yerində naməlum obyektlərin tikintisinə başlanılıb.

Bu şikayətlə virtualaz.org-a Xətai rayon sakini Elnur Əliyev müraciət edib: “Dəfələrlə virtualaz.org-da Bakıda ağac kəsilmələri ilə bağlı problemlər işıqlandırılıb. Sizin araşdırmanızdan sonra həmin problemlər öz həllini tapdığından, redaksiyanıza müraciət etmək qərarına gəldik. Şikayətimiz Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 və 65 ünvanında qanunsuz ağac kəsilmə halları ilə bağlıdır. Bu ünvanlarda ümumilikdə 20-dən çox ağac kəsilib. Yaşıllıqları məhv edib yerində obyekt tikirlər. Özü də beton və ya daş obyekt tikintisi üçün icra hakimiyyətinin sərəncamı tələb olunduğundan, bunlar biclik işlədib, qırılan ağacların yerinə plastik konstruksiyalı ticarət köşkü yerləşdiriblər. Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur. Lakin polis etirazçılardan birini saxlayaraq bölməyə aparıb və hədələyib”, - deyə şikayətçi bildirir.

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -
"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -


Ağacı gecə əkərlər

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -

Problemi araşdırmaq üçün həmin ünvana yollandıq. Deyilən ərazidə gecə ilə obyektin götürülərək yerində 30-dan çox ağac əkildiyini gördük. Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, ötən gün axşam etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Onların etirazlarından sonra həmin obyekt sahibi məhv edilən yaşıllıq ərazisindən çıxarılıb. Qırılan ağacların yerində isə sakinlərin vəsaiti ilə alınmış ağaclar əkilib.

Şikayətçilər deyir ki, bu ərazilərdə icra hakimiyyətinin icazəsi olmadan hər hansı obyekt tikmək mümkün deyil: “Burada icazəsiz heç bir tikinti aparıla bilməz. İcra hakimiyyəti əvvəlcə obyekt tikintisi üçün ağacların kəsilməsinə şifahi icazə verir. Sonra səs-küy çıxmırsa, bunu rəsmi sərəncamla təsdiqləyir”, - deyə sakinlər bildirir.

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -


Kanalizasiya borusu planları alt-üst etdi

Lakin M.Hadi küçəsi, 63A saylı binanın qarşısındakı ərazi hələ də hasara alınmışdı. Yaxınlıqda yaşayan Elçin adlı sakinin sözlərinə görə, burada da təxminən 8-10 ağac kəsilib. Lakin obyektin özülü qazılan zaman yerin altından keçən su borularına ilişdiyindən hələlik tikinti yarımçıq qalıb. Qazma zamanı qonşuluqdakı binalara gedən su və kanalizasiya borularını da zədələyiblər. Həqiqətən də, həmin qazıntı aparılan ərazidə iri gölməçələrin yarandığının şahidi olduq. Sakinlərin sözlərinə görə, boruların yerinin dəyişdirilməsindən sonra yenidən tikinti işlərinə başlanılacaq.

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -


İcra hakimiyyətinin “ağac qurudan”ı

Yaşıllıqların qırılması ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət olunsa da, əhəmiyyət verən yoxdur. Adının çəkilməsini istəməyən sakindən öyrəndik ki, icra hakimiyyəti nəinki ağac qırılmalarının qarşısını almır, hətta xüsusi şəxslər təyin edərək ağacların qurudulmasını təşkil edir: “İcra hakimiyyətinin nümayəndəsi hər gün həmin ərazilərdə olur və obyekt tikintisi üçün yerlər axtarışındadır. Həmin şəxs ağacları qurutmaqla məşğuldur. Hamımız bilirik ki, icra hakimiyyətinin icazəsi olmadan rayonda heç kim daşı daş üstünə qoya bilməz. Bu şəxslər də gəzərək yaşıllıq əraziləri tapır, ağacları qurudur və ayrı-ayrı şəxslərə obyekt yeri kimi satırlar”, - deyə həmsöhbətimiz bildirir.

"Bir Qarabağ əlilini də irəli veriblər ki, guya obyekt onundur..." -


Qeyd edək ki, virtualaz.org son illər Bakının bütün rayonlarında yaşıllıqların kökünün kəsilməsi ilə bağlı dəfələrlə yazılar dərc edib. Metronun “Qara Qarayev” stansiyasından başlayaraq, üzü “Əhmədli” stansiyasına qədər bütün yol boyu hər iki tərəfdə yaşıllıqların böyük ölçüdə məhv edilməsi, onların yerinin çoxsaylı bazarlar, ticarət obyektləri və çoxmərtəbəli yaşayış binaları tutması ilə bağlı faktlar işıqlandırılıb.

Xatırladaq ki, ötən il Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib. Yeni sənədə əsasən, yaşıllıqların ləğv edilməsinə, ağacların qırılmasına görə cərimələr xeyli artırılıb. Belə ki, hər qırılan ağaca görə Ekologiya Nazirliyi 700 manatdan 1200 manatadək cərimə tətbiq edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...