“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır - YENİ DETALLAR

“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır -

Eldar Mahmudovun kadrı hesab olunan Vüqar Hüseynovun adı xocalılara dəstək verən iş adamına külli miqdarda pul atmaqda keçir

"Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun sinif yoldaşı, şirkətin icraçı direktoru olmuş Vaqif Hüseynovun adı bir pul fırıldağı qalmaqalında keçir.
“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır -
“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır -
“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır -

Unikal.org xəbər verir ki, bu haqda musavat.com-un redaksiyasını bilgiləndirən mənbənin sözlərinə görə, Vüqar Hüseynov Türkiyədə Samir Tağıyev və Mübariz Nəsibovla iş qurublar. Bilinən odur ki, iş birliyi 3 il əvvəl start götürüb. M.Nəsibovun təklifi ilə qurulan iş birliyindən əldə olunan gəlir tərəflər arasında hər birinə 33 faiz olmaqla, bölünməliymiş. S.Tağıyevin Türkiyədə tanınan banklardan birinin təmsilçisi olduğu iddia edilir. Bildirilir ki, tərəflər razılaşıblar ki, M.Nəsibovla V.Hüseynov qurduqları şirkət üzərindən Samir Tağıyevin təmsil etdiyi bank üçün müştəri tapacaqlar. Göstərilən xidmətlərin qarşılığında əldə etdikləri gəliri isə aralarında böləcəklər.

Vüqar Hüseynov
Mənbəmiz obyektivlik naminə onu da qeyd edir ki, həmin dövrdə Mübariz Mənsimov Vüqar Hüseynovu "Palmali” Şirkətlər Qrupundan uzaqlaşdırdığından, həmin dövrdə o, işsiz olub. Mübariz Nəsbov isə hələ 2012-ci ildə Azərbaycandan Türkiyəyə gedərək, orada daşınma şirkəti qurub. M.Nəsibovun vaxtilə "İdnoy” adlı şirkəti olub. O, Xocalı işğal edildikdən və sakinləri Bakıya sığındıqdan sonra onlara "İdnoy” şirkəti üzərindən yardımlar göstərib, hər cür köməklik edib. Sonradan müflisləşən iş adamı uzun illər Azərbaycanda xırda bizneslə məşğul olub. 2012-ci ildə Türkiyəyə köçüb və orada yeni iş qurub.

“Palmali” vitse-prezidentinin adı Eldar Mahmudovla hallanır -

Vüqar Hüseynov haqda bilinən odur ki, Mübariz Mənsimovla sinif yoldaşı olub. 2005-ci ilə qədər MTN-in Kadrlar İdarəsində çalışıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxşı münasibətləri olub. V.Hüseynov biznes çevrələrində M.Mənsimovla yanaşı Eldar Mahmudovun kadrı kimi də tanınır.

"Palmali” Şirkətlər Qrupuna daxil olan gəmilərdən birinə Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun adının verilməsində də V.Hüseynovun xidmətlərinin olduğu iddia edilir. 2005-ci ildən 2013-cü ilə qədər M.Mənsimovun yanında işləyən V.Hüseynovu həmin ilin dekabrında işdən qovublar. Yerinə türkiyəli Ələddin Aykaçı təyin ediblər. (Daha sonra Mübariz Mənsimov onu da işdən qovaraq, məhkəməyə verib – Red.) Belə bir vaxtda V.Hüseynova M.Nəsibovdan gələn iş təklifi göydəndüşmə olub. Lakin az keçməyib ki, V.Hüseynov yeni qurulan şirkəti tamamilə ələ keçirib və M.Nəsibovu pulsuz-parasız Türkiyədə küçədə qoyub. Qaynağımız bildirib ki, M.Nəsibov hazırda Bakıdadır. Vaxtilə xocalıdan olan qaçqınlara hər cür yardım etmiş M.Nəsibovun bu gün özünün yardıma ehtiyacı olduğu deyilir. O müxtəlif ünvanlara baş vuraraq aldadılması ilə bağlı tədbirlər görülməsinə nail olmağa çalışır.

Məsələ ilə bağlı musavat.com-un əməkaşı "Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva ilə əlaqə saxlamağa çalışsa da zəngələri cavabsız qalıb. Çünki Vüqar Hüseynov 2016-cı ildən yenidən "Palmali” Şirkətlər Qrupuna qaytarılıb və hazırda bu şirkətdə yüksək vəzifə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...