Bakının məşhur geyim mağazasında Azərbaycan dilinə qarşı- HÖRMƏTSİZLİK (FOTO)

Bakının məşhur geyim mağazasında Azərbaycan dilinə qarşı-

“Gənclik mall” ticarət mərkəzində yerləşən “Stradivarius” geyim mağazasında divara vurulan elan diqqət çəkib. Gundeminfo.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, hərf səhvləri ilə dolu olan lövhəni keçmiş müğənni Mehin Hümbətova sosial şəbəkədə paylaşıb və bunları qeyd edib:

“Mağazada geyim otağının qarşısındakı bu tablo ilə qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir ortayaşlı qadının menecerlə bu haqda danışdığının şahidi oldum. Bütün işçilər heç nə olmamış kimi sakit reaksiya verdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o elanı dəyişəcəklərini söylədilər.
Bakının məşhur geyim mağazasında Azərbaycan dilinə qarşı-
Bakının məşhur geyim mağazasında Azərbaycan dilinə qarşı-

Onu oradan çıxarmaq bu qədərmi çətindir? Dilimizi təhqir olunmuş formada gözümüzə soxursunuz. Heç dilinizə, milli dəyərlərinizə hörmət etmirsiniz? Axı siz də bu millətin balalarısınız. Bu məsələyə necə biganə qalırsınız? Onsuz da sovet dövründən dilimizdən qopmaq bilməyən yarım-yapalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş kəlmələrlə lövhələr böyüdüb mall-lardan asırsızın. Nə yaxşı ki, turistlər başa düşmürlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...