Hansı icra başçıları yeni ildən işləməyəcək? – yanlışları olanlar, yaşlanmışlar və...


Hansı icra başçıları yeni ildən işləməyəcək? –

2018-ci ilin əvvələrində Azərbaycan hökuməti strateji struktur islahatlarını həyata keçirəcək. Uzun illər vəzifədə işləmiş, yeni struktur idarəetmə prinsiplərinə uyğunlaşa bilməyən, islahatlara meyilli olmayan məmurlarla vida ili olacaq. Gundeminfo.az-a daxil olan məlumata əsasən mütəmadi olaraq vətəndaşlarla təmasdan qaçan, yorğun, əhali ilə təmaslarında etik davranış qaydalarına əməl etməyən icra başçıları işlərini itirəcəklər.

Məlumatlara görə, sadaladığımız prinsiplərə uyğun gəlməyən icra başçıları ilə bağlı olaraq artıq dəyərləndirmələr aparılıb. Yaxın günlərdə kimlərin işdə qalıb qalmayacağı məsələsi müzakirə olunacaq. İnformasiyalara əsasən xüsusilə qocalmış, eyni zamanda əsas iqtisadi rayonların icra başçıları ilə bağlı qərarlar veriləcək. İnformasiyalarda adları neqativ olaraq çəkilən icra başçıları ilə bağlı xüsusilə Xətai rayonun icra başçısı Razim Məmmədovun adı çəkilir. Bundan başqa mütəmadi olaraq mediada adı hallanan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin də vəzifəsi ilə vidalaşacağı gözləniləndir. Eyni zamanda Hacıqabulun icra başçısı Əhməd Muxtarovun da yaş senzi zərurəti ilə işini itirəcəyi gözlənilir. Həmçinin də İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun da başqa bir vəzifəyə keçiriləcəyi və ya ümumiyyətlə işdən azad ediləcəyi barədə ehtimmalar kifayət qədər çoxdur.

Hələlik icra başçılarından tələb olunan kriteriyalar üzrə dəyərləndirmələr aparılır. Gözlənilən isə odur ki, 2018-ci ildə çoxlu sayda icra başçısı işini itirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...