Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir- O, MÜŞAHİDƏ ŞURASININ SƏDRİ VƏZİFƏSİNDƏN GEDİR

Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir-

“Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhfil verir.
Gununsesi.info xəbər verir ki, unikal.org-a daxil olan məlumatda bildirilir ki, yaşının artması ilə əlaqədar Abdulbari Gözəl “Azərsun Holdinq”in müşahidə şurasının sədri vəzifəsindən getməyi düşünür. O buna görə, Dubayda yaşamış oğlu Əhməd Gözəli Bakıya gətirib.

Hazırda “Azərsun Holdinq”in idarəçiliyini öyrənən Əhməd Gözəl yaxın günlərdə atasının rəhbəri olduğu şirkətin başına keçəcəyi gözlənilir.

Bununla belə, Abdulbari Gözəl “Azərsun Holdinq” tərkibində fəaliyyət göstərən bir neçə qurumu da qızları Zeynəb Gözəl və Məryəm Gözələ təhvil verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...