Oğuzun Qarabulaq kəndindən olan Kərimovun 3.5 milyardlıq borcu və digər əməlləri...

Oğuzun Qarabulaq kəndindən olan Kərimovun

Rusiyada səhmləri Dövlət Əmlakının idarə edilməsi üzrə Federal Agentliyə (“Rosimuşestva”) məxsus olan “Rossiyskiy kapital” bankı Yamal-Nen muxtar vilayətində fəaliyyət göstərən “Layların neft verimini artırmaq üzrə Noyabrsk idarəsi” adlı şirkətə qarşı 2.2 milyard rubl (36 milyon dollardan yuxarı) borcun ödənilməsi və müflisləşmə barədə iddia qaldırıb.

Virtualaz.org xəbər verir ki, həmin şirkət Azərbaycanın Oğuz rayonunun Qarabulaq kəndindən olan Tokay Kərimovun baş direktoru olduğu “Naftaqaz” neft-servis şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətlər qrupuna habelə “Naftaqaz-qazma” MMC, “Nəqliyyat-logistika şirkəti” MMC, “Sibneftqazmaş” zavodu və Rusiyanın Yamal-Nen muxtar vilayətində, Xantı-Manskiyskdə, Kranoyarsk vilayətində, Tümen və Tomsk vilayətlərində fəaliyyət göstərən bir sıra başqa şirkətlər daxildir.

Oğuzun Qarabulaq kəndindən olan Kərimovun


Məlumata görə bank tərəfindən “Layların neft verimini artırmaq üzrə Noyabrsk idarəsi” şirkəti ilə yanaşı “ana” şirkətə, yəni “Naftoqaz”a qarşı da müflisləşmə tələbi ilə iddia qaldırılıb. Tərəflər maliyyə münaqişəsinin detallarını açıqlamırlar. Lakin müşahidəçilər qeyd edirlər ki, bu şirkətin benefisiarlarının adı əvvəllər “Volqoqrad qazma texnikası zavodu” və Tümendəki “Sibneftemaş” zavodunun müflisləşməsi üzrə səs-küylü məhkəmə işlərində çəkilib.

Münaqişəyə “RU-Eenergy Group” şirkətinin və Kərimovla ortaq biznesi olan Azad Babayevin müflisləşməsinin də aidiyyatı var. Hazırda dövlətə məxsus bankın vəsaitlərinin geri alınması böyük şübhə doğurur, “Naftaqaz”ın pulları isə İspaniya və Çinə komfortlu ezamiyyətlərdə xərclənir. Bildirilir ki, Kərimovun şirkəti banka bir neçə il əvvəl kredit restrukturizasiyası sövdələşməsi əsasında borclanıb.

Oğuzun Qarabulaq kəndindən olan Kərimovun


Rusiya Baş prokurorunun açıqladığı məlumata əsasən Kərimovun zavodlarından biri-“Volqoqrad qazma texnikası” zavodunun işçilər qarşısında əmək haqqı borcu bu ilin noyabr ayında 270 milyon rubla çatmışdı. “Naftaqaz” şirkətinin təsisçiləri Tokay Kərimov və Olqa Solskayadır. Səhmdarlar arasında Tural Kərimovun adı keçir. Səhmlər offşor şirkətin adına rəsmiləşdirilib.

Rusiya İstintaq Komitəsinin regional idarəsi bu yaxınlarda “Sibneftemaş” zavoduna qarşı da əmək haqlarının gecikdirilməsinə görə cinayət işi başladıb. Bu zavodun səhmdarları arasında Nəbiyev Dağlar Qardaş oğlunun adı keçir.

Bildirilir ki, Azərbaycanın Qarabulaq kəndindən olan Kərimov Tokay Arif oğlunun barəsində “Qırmızı oktyabr” Volqoqrad metallurgiya zavodu da müflisləşmə iddiası qaldırıb. Zavod Kərimovun ona 1.36 milyard rubl borcu olduğunu bildirir. Habelə müflis olmuş “Sibneftebank” da Kərimova qarşı borcun ödənilməsi iddiası qaldırıb, azərbaycanlı biznesmen banka 80 milyon rubl borcludur.

Azad Babayev
Oğuzun Qarabulaq kəndindən olan Kərimovun

Rusiya mətbuatı onu da yazır ki, Kərimov vaxtilə ortağı Azad Babayevlə birlikdə “RU-Energy Group” şirkətinin aktivlərini Rusiyadan offşor zonalara çıxarıb. Bunu holdingin müflis elan edilməsi halında aktivləri əldə saxlamaq üçün ediblər. “RU-Energy Group” 2015-ci ildə müflis elan edilib.

Digər maraqlı fakt budur ki, Tokay Kərimov Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimovun oğludur. Həmin Arif Kərimov 2013-cü ildə Azərbaycana qarşı etnik separatçılıq meyllərini qızışdırmağa çalışırdı. Lakin daha sonra Azərbaycan rəhbərliyindən üzr istəyib bu fəaliyyətini dayandırdı.

Habelə Tokay Kərimov dağıstanlı milyarder-oliqarx, bu yaxınlarda Fransanın Nitsse şəhərində həbs olunan və 450 milyon avro vergidən yayınmada ittiham olunan Süleyman Kərimovun uzaq qohumu olduğu da bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...