Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb - FOTOLAR

Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -


Ukrayanın Odessa şəhərində azərbaycanlı biznesmenin və onun ortaqlarının apardığı tikintiyə görə qalmaqal yaranıb. Virtualaz.org xəbər verir ki, şəhərin Lvovsk küçəsi, 1 ünvanında yerləşən “Uyutnuy” adlı kiçik otelin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi Hacızadə Rəşad Rövşən oğlu adlı azərbaycanlıdır. Otelin özünün sahibi isə sənədlərə əsasən Türkiyə vətəndaşıdır. 2016-cı ildə otelin sahibi onu restavrasiya etməyi qərara alıb. Restavrasiya işləri üçün “QRADBUD-QB” adlı şirkətlə müqavilə bağlanıb. Lakin restavrasiya işləri başlayanda qonşular dəhşətə düşüblər, otelin sahibi şəhər bələdiyyəsinə təqdim etdiyi sənədlərdə binanın təmir olunacağını göstərsə də əslində 3 mərtəbəli oteli söküb və yerində yeraltı parkinqi olan 11 mərtəbəli yeni otel tikməyə başlayıb.

Sakinlər onların evlərinə təhlükə yaradan və tikililərin çatlamasına səbəb olan bu tikintinin dayandırılması üçün şəhər və vilayət rəhbərliyinə, o cümlədən Ali radanın deputatı, vaxtilə “Regionlar partiyası”ında sanballı fiqurlardan olan keçmiş Odessa qubernatoru Eduard Matveyçuka şikayət ediblər. Matveyçuk məsələni parlamentdə qaldırıb, şəhər rəhbərliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, otelin sahibinin binanın restavrasiyası üçün təqdm etdiyi sənədlərdən kənara çıxdığı aşkarlanıb. Lakin bu pozuntuların aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -


Otelin sahibləri isə bu dəfə tikinti meydançasının hasarında təzə lövhə vuraraq yenidəndurma işləri aparıldığı bu işlərin “Monarx” adlı şirkətə həvalə olundğunu elan edib. Həmin şirkətin səhmdarlarından ikisi türkiyəli, ikisi azərbaycanlıdır-Cəbrayılzadə Elçin Fazil oğlu (Bakı, Xətai rayonu) və Tahirli Vüsal (Odessa).

Lakin ərazidə çoxmərtəbəli binanın tikintisi davam edib, ötən ilin payızında isə həmin lövhə götürülüb. Bu dəfə şəhər rəhbərliyi bildirib ki, tikinti ilə bağlı bütün sənədlər qaydasındadır. Məlum olub ki, otelin sahibi binanı sökdükdən sonra ərazidə yeni otelin tikintisi üçün müraciət edib və ona müvafiq sənədlər verilib. Başqa sözlə, otel restavrasiya adı altında sökülüb, daha sonra boş ərazidə yeni otelin tikintisi üçün icazə alınıb. Sakinlər isə xarici ölkə vətəndaşlarının yerli məmurlarla əlbir olub onları bu cür aldatmasından hiddətlənir.

Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -


Xatırladaq ki, Bakıda da tikinti “baronları” və məmurların sakinləri vaxtaşırı olaraq bu kimi yollarla aldatdığı üzə çıxır. Məsələn, hansısa binaların həyətində salınan yaşıllıq sahələri “abadlıq işləri” adı altında əvvəlcə məhv edilir, sonra hansısa MTK meydana çıxır və ağaclardan təmizlənmiş ərazidə özül qazmağa başlayır. Məlum olur ki, sakinləri “abadlıq işləri” adı altında aldadıblar və onların həyətini hansısa biznesmenə satıblar...
Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -
Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -
Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -
Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -
Hacızadə və ortaqları qonşuları aldadıb, qalmaqal yaranıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...